`ASAN School`-dan karyera şansı

`ASAN School`-dan karyera şansı
  27 Yanvar 2016    Oxunub:4745
"ASAN School" könüllülük proqramının karyera mərkəzi "ASAN Kadr" və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verib.

"İşgüzar gənclik" layihəsi sayəsində "ASAN Könüllüləri" və "Bakı 2015" İlk Avropa Oyunlarının könüllüləri seçdikləri sahə üzrə bir sıra təlim və seminarlarda iştirak etdikdən sonda "TURİZM" sahəsi üzrə işlə təmin olunma şansı qazanacaqlar.

Müraciət etmək üçün buradan istifadə edə bilərsiniz.
Son müraciət tarixi: 31.01.2016/00:00

İsdəyiniz sahənin açıqlamalarını aşağıda oxuya bilərsiniz:

Oteldə konsiyerj

Lüks həyat tərzi sahəsində xidmətlərin göstərilməsi, məlumatları qonaqlara çatdırır, müxtəlif nəqliyyat biletlərinin sifarişlərini, ekskursiya, əyləncə və digər xidmətləri qonaqlara təqdim edir, məsləhət verir, təşkil edir, xidmət göstərir, eləcə də yüklərin çatdırılmasına nəzarət edir.

Attraksion müdiri

Sahibkarın müəyyən etdiyi qaydalara və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq attraksionların təşkili və idarə olunması istiqamətində bütün proseslərə rəhbərlik edir, mövcud büdcəyə uyğun fəaliyyətləri əlaqələndirir, müxtəlif peşə sahiblərindən ibarət işçi heyətini idarə edir. Onun əsas vəzifələrindən biri texniki xidmət və xidmət proqramlarının idarə olunmasıdır. Bir çox hallarda, müəssisənin özünün maliyyələşməsinə yönələn gəlir gətirən ümumi fəaliyyətlərə də nəzarət edir.

Bellman

Resepşinin və ya qeydiyyatçının köməkçisi çox zaman tam xidmətli otellərdə müştərilərə fərdi xidmətlər göstərir. O, qonaqları otaqlara ötürür, onların yüklərini otağa və ya otaqdan daşıyır, qapıları açır. O, qəbul otağı və otelin digər xidmətləri ilə müştərilər arasında fiziki əlaqə rolunu oynayır, foye və dəhlizlərin təmizliyini təmin edir, qonaqlara səfər məlumatları, istiqamətlər və digər tələb olunan informasiyanı verir.

Baş menecer (otel)

Oteldə baş menecerlər korporativ siyasət və idarəetmə məqsədlərinə uyğun olaraq, mehmanxanaların təşkilati və idarəetmə məsələləri sahəsində kommersiya proseslərini istiqamətləndirirlər.Onlar şöbələrin fəaliyyətini əlaqələndirirlər. Baş menecerin əsas vəzifələrindən biri, mühasibat və işçi heyətinin idarə olunmasına nəzarət etməkdir.

Baş menecer (restoran)

Restoranın baş meneceri restoranlarda gündəlik fəaliyyətin idarə edilməsi ilə məşğul olur, ümumi mədəni xidməti təmin edir. Menyuların təsdiqində iştirak edir, maliyyə məsələlərini idarə edir və gözlənilən nəticələri ölçür. O, işçi heyətinə nəzarət edir, işə götürmə və işdən azad etmə fəaliyyətini həyata keçirir. Texniki xidmətə və razılaşdırılmış səviyyədə yeniləşdirmələrə görə məsuliyyət daşıyır. Ekoloji və gigiyenik standarlara riayət olunmasını gözləyir. Biznes planları, illik planları və inkişaf strategiyalarını təklif edir.

Baş müdir müavini

Mehmanxananın baş müdir müavininin əsas vəzifəsi otelin gündəlik fəaliyyətini effektiv şəkildə və büdcəyə uyğun olaraq təmin etmək məqsədilə bütün problem və məsələlər ilə məşğul olmaqdır. O, bütün departamentlərə, o cümlədən təsərrüfat, reklam, marketinq və sifariş, ərzaq və içkilər departamentlərinə nəzarət edir, həmçinin, xüsusi tədbirlərlə bağlı bütün məsələlər üçün məsuliyyət daşıyır. Adətən otelin maliyyə işlərinin təhlilində baş müdirə yardım edir, dəqiq və vaxtında hesabatlar verir, eyni zamanda otelin işlərini idarə edir, yeni xidmətlər yaradır və xərclərə ciddi nəzarət etmək və imkanlardan optimal şəkildə istifadə etməklə mənfəətin səviyyəsinin maksimum dərəcədə artırılmasına təşəbbüs edir.

Bələdçi

Fərdlər və qruplar üçün səyahətlərin və turların planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi.

Ofisiant

Ofisiantlar fərdi və ya kiçik qrup halında olan müştəriləri qəbul edir, onları masalara ötürür, menyu və içkilər barədə məsləhət verir, sifarişləri qəbul edir, razılaşdırılmış məhsulları masaya verir, təfərrüatlı qəbz hazırlayır və ödənişi qəbul edirlər. Onlar həmçinin, masaları səliqəyə salır və yeni müştərilər üçün hazırlıq görürlər. Ofisiantlar komandanın tərkib hissəsi kimi işləyə bilər qəbul və ya banketlər zamanı xidmət göstərə bilərlər.

Fizioterapevt

Yumşaq toxuma və oynaqları müalicəvi və bərpaedici masaj edir. Müxtəlif hərəkət və əzələ gücünün qiymətləndirilməsində iştirak edə bilər və ya müştəri üçün terapiya planı təklif edə bilər. Terapevt masajist zədə və ya xəstəliklərə malik paseintlərə masaj və boşalma metodları təqdim edir, həmçinin bədənin fiziki vəziyyətinə dair digər məsələlər ilə məşğul olur.

İdman masajçısı

İdman fəliyyəti öncəsi və ondan sonra idman masajı ilə təmin edir və müvafiq bərpa proqramları həyata keçirir. Həmçinin, idmançıların yenidən fəaliyyətlə məşğul olmasını sürətləndirmək üçün hazırlıq və zədələrin qarşısının alınması proqramlarını optimallaşdırmaq məqsədilə idman və bədən tərbiyəsi prinsiplərini tətbiq edir. Bu sahə ümumi sağlamlıq sahəsi deyil, idman fəaliyyəti nəticəsində yaranan əzələ-sümük vəziyyəti ilə bağlıdır.

Konfrans və tədbirlər üzrə təşkilatçı

Əsas vəzifəsi konfransların və digər geniş həcmli tədbirlərin effektiv və səmərəli şəkildə təşkil edilməsidir. O, konfrans və tədbirlərlə bağlı bütün planlaşdırma işlərini həyata keçirir, tədbirdən əvvəl və sonra yarana biləcək problemlərlə məşğul olmaq üçün tədbirin əvvəlindən sonunadək iştirak edir. Tədbir zamanı adətən gələn qonaqlara yardım edir, onları lazım olan məlumatlar ilə təmin edir, texniki nəticə barədə hesabat verir, müştərilərin fikirlərini öyrənir, eyni zamanda tam və ya qismən loqistika məsələləri üçün də məsuliyyət daşıyır.

Barmen

Barmen bar, mehmanxana və ya restoranda içkiləri və qəlyanaltıları hazırlayan, xidmət göstərən, eləcə də inventarizasiya və mühasibatlığa məsuliyyət daşıyan şəxsdir.

Mədəniyyət və idman

Mədəniyyət və idman zallarının baş meneceri sahibkarlıq siyasəti və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq və nəzərdə tutulmuş büdcəyə əsasən təşkilatdakı bütün prosesləri və zaldakı fəaliyyəti idarə edir. Kommunal xərclərə və texniki xidmət səviyyəsinə nəzarət etmək və bir çox hallarda həm də müəssisənin özünü-maliyyələşdirməsinə xidmət edən, gəlir gətirən fəaliyyətləri idarə etmək onun əsas vəzifələrinə daxildir. O həmçinin müxtəlif peşələrə malik çoxsaylı işçi heyətini idarə edir.

Otel xadiməsi

Otel xadiməsi otel otağını tam olaraq təmizləyir, tozları alır, yataq dəstlərini dəyişdirir, elektrik/elektron cihazların vəziyyətini yoxlayır, sanitar-epidemioloji tələblərə əsasən hamam otağını təmizləyir və eləcə də dezinfeksiya edir, otaqları havalandırır. Ondan eyni zamanda ictimai yerlərin, divarların, pəncərlərin və dəhlizlərin təmizlənməsi də tələb oluna bilər.

Qeydiyyatçı (oteldə)

Oteldə qeydiyyatçı otel barədə ilk təəssürat yaradır. O, adətən otellərdə və mehmanxana tipli müəssisələrdə çalışır və ön büroya xidmət edir. Oteldə qeydiyyatçının əsas vəzifələrinə qonaqların salamlanması, onların otelə qəbul edilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması kimi geniş həcmli inzibati işlər daxildir. O, həmçinin kommutator funksiyasını yerinə yetirir, yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verir. Qeydiyyatçı müştərilər ilə yüksək səviyyədə təmasların qurulması, xüsusi tələblərin təşkil edilməsi, taksi sifarişlərinin verilməsi və dəyərli əşyaların saxlanma üçün qəbul edilməsi işlərini görür. Müvafiq fəaliyyət kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadəni tələb edir. Böyük otellərdə qeydiyyatçılar müştəri xidmətinin müəyyən aspektləri ilə məşğul olan mütəxəssislər qrupunun tərkib hissəsi kimi çalışa bilər.

Satış meneceri

Turistləri səyahət və qiymətlər barədə məlumatlar ilə təmin etmək, onlara məsləhətlər vermək. Səyahət paketlərini, otellərdə yerləri satmaq və sifariş vermək, tədbirlər və turlar təşkil etmək, viza və sığorta məsələlərini həll etmək.

Satış və marketinq

Satış və marketinq mütəxəssisləri məhsul və xidmətlərin müştərilərin ehtiyaclarına uyğunlaşdırması sahəsində funksiyaları həyata keçirirlər. Əsas diqqət üzbəüz satış fəaliyyətinə yönəldilsə də, potensial bazarların müəyyən edilməsi və istehlakçıların istəklərinin öyrənilməsi istiqamətində fundamental araşdırmalara da yer ayırırlar. Satış və marketinq mütəxəssisinin işi şirkətin məhsul və xidmətlərinin satışının dəstəklənməsi, eləcə də yeni məhsul və xidmətlərin hazırlanması üçün marketinq proqramlarının planlaşdırılması, yaradılması və həyata keçirilməsindən ibarətdir. Onlar məhsul və ya xidmətlər üzrə toplanılmış məlumatlar əsasında satış təqdimatları həyata keçirə bilər və ya hesabatlar təqdim edə bilərlər. Onlar həmçinin, bazardakı meylləri, rəqabət mühitini dərk etməyə və qiymətləri optimallaşdırmağa çalışırlar.

Otel Animatoru

Otel animatoru otelin mövsümi işçisi olaraq qonaqların əyləndirilməsi və uşaqlar, onların valideynləri üçün mədəni tədbirlərin təşkili işi ilə məşğul olur. Animator uşaqlar üçün oyunların təşkil edilməsi, idman tədbirlərinin keçirilməsi, axşam konsertlərinin təşkili və ya otelin qonaqlarına müvafiq bacarıqların öyrədilməsi üçün məsul ola bilər. Animator yerli görməli yerlər, tarix və folklor ilə bağlı müxtəlif tədbirlər təşkil edə bilər.

Avaikassir

Aviabiletlərin bronlaşdırılması və yazılması;
Azərbaycanda fəaliyyət göstərən digər aviakompaniyalarla əməkdaşlıq edilməsi;
Müştərilərə şirkətin təqdim etdiyi xidmətlər barədə məlumatların verilməsi.

Promouter

Reklam məhsullarını təqdimetmə bacarığıolmalıdır

Xidmətçilərin işi üzrə başçı

Dəhlizlərin, ümumi sahələrin, qonaq otaqlarının, mərtəbə ofislərinin, otelin arxa tərəfinin, davamlı idarəsinin təmizliyinin təmin edilməsi və otel tərəfindən istənilən standartlarda qorunmasını və baxımının edilməsini təmin etmək;
Ayrılmış bölgələrdəki bütün otaqların gündəlik təmizliyinə nəzarət edilməsi və bir uyğunlaşmazlıq və ya fərqlilik varsa bunun hesabatını verilməsi;
Təmizlik maddələrinin, təmizlik vəsaitlərinin və doğru yerlərdə istifadə edilməsini təmin etmək.

Təsərrüfat üzrə nəzarətçi

Təsərrüfat işləri üzrə nəzarətçi obyektin təsərrüfat işlərinin əvvəlcədən təyin olunmuş normalara əsasən idarə olunmasına görə məsuliyyət daşıyır. O, sadə təsərrüfat işlərini həyata keçirir, illik təsərrüfat planları, investisiyaları və başqa xarici xidmətlər təklif edir. Eyni zamandan enerji sərfinə qənaət edilməsi və obyektin ətraf mühitə təsirinə nəzarətə görə də məsuliyyət daşıyır.

Turoperator

Öhdəlikləri və vəzifələri
Aviabiletlərin bronlaşdırılması və satışı;
Müştərilərin sorğularını vaxtında və işgüzar formada cavablandırmaq;
Otellərin bronlaşdırılması;
Sığorta yazılması.

Satış meneceri

Şirkəti təmsil etmək;
Məhsulun satışının təşkil olunması;
Müştərilərlə danışıqların aparılması;
Müştərilərlə sıx əməkdaşlıq;
Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli.


Tədbir Meneceri

Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir. O, eyni zamanda yemək və içkilər təqdim edən təşkilat və ya müəssisələrin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir, xidmətlərin reklamı və satışı üçün məsuliyyət daşıyır və ya birbaşa olaraq prosesdə iştirak edir.

Banket meneceri

Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir. O, eyni zamanda yemək və içkilər təqdim edən təşkilat və ya müəssisələrin fəaliyyətini istiqamətləndirir, əlaqələndirir, xidmətlərin reklamı və satışı üçün məsuliyyət daşıyır və ya birbaşa olaraq prosesdə iştirak edir.

Baş Menecer

Şirkətin ümumi işinin təşkili
Əlaqələndirmə işlərinə nəzarət
Bazarın təhlili
Rəqiblərin marketinq fəaliyyətlərinin araşdırılması və təhlili
Bank və sığorta şirkətləri ilə əlaqələndirmə və işin təşkili
Korporativ müştərilərin axtarışı və onlarla işin təşkili
Tələb olunan hesabatların tərtibi və təqdimi
Reklam və marketinq fəaliyyətinə nəzarət
İşçi heyətin nizam-intizam qaydalarına nəzarət.

AzVision.az


Teqlər:  





Xəbər lenti