“Azərişıq”dan ixtisar xəbərləri ilə bağlı Açıqlama

“Azərişıq”dan ixtisar xəbərləri ilə bağlı Açıqlama
  27 Yanvar 2016    Oxunub:2398
“Azərişıq” ASC qurumda ixtisarlar aparılmsı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Azərişıq”dan AzVision.az-a daxil olan açıqlamada qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır:

“Son iqtisadi proseslərlə əlaqədar olaraq “Azərişıq” QSC-də işçilərin heç bir ixtisarı aparılmayıb, əksinə əməkdaşların əmək haqlarının artırılması üçün tədbirlər görülür. Məlumatların yoxlanılmadan və digər tərəfin fikirlərini öyrənmədən dərc edilməsi KİV haqqında qanunun tələblərinə uyğun olmadığından işgüzar fəaliyyətimizə xələl gətirən belə hallara görə təəssüfümüzü bildiririk”.

Xatırladaq ki, daha öncə mətbuatda yanvarın 19-da “Azərişıq” ASC-nin sədri Balababa Rzayevin əmri ilə Cənub RETSİ-nin Şirvan Elektrik, Hacıqabul Elektrik, Lənkəran Elejtrik şəbəkələrində 26 işçinin işdən azad olunduqları haqda məlumatlar yayılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti