Qarın yaratdığı problemlər - Dövlət qurumları necə işləyir?

Qarın yaratdığı problemlər - Dövlət qurumları necə işləyir?
  26 Yanvar 2016    Oxunub:3698
Qarlı hava şəraitində “Azəryolservis”in əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.
AzVision.az xəbər verir ki, bunu “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, qurumun balansında olan yollarda nəqliyyatın hərəkətində problem yaşanmır:

“Gecəboyu hətta xırda problem yaranan yollarda da əməkdaşlarımız yollara duz, qum səpib, problem aradan qaldırılıb. Paytaxtın əsas magistiral yollarında heç bir roblem yoxdur. Xocasən yolu, Bakı dairəvi yolu, Heydər Əliyev Hava Limanı yolu, Nobel prospekti, həmçinin magistral yollar, eləcə də Bakı-Sumqayıt şosesində problem yoxdur. Ola bilər ki, ara küçələrdə yollar buz bağlasın, amma onlara da qum-duz səpiləcək”.

A. Nəcəfli əlavə edib ki, problemlər yalnız ucqar dağ ərazilərində yaşanır: “Dağlıq ərazilər, dağ kəndlərinə gedən yollarda çətinliklər var. Orada qarın yağması hələ də davam edir. Bununla belə, Yol İstismar İdarələri qarın təmzilənməsi, zəruri yerlərə duz-qum səpilməsi işlərini davam etdirir”.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun AzVision.az -a verdiyi məlumata görə, cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Belə ki, infrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.
Şaxtalı hava şəraitinə baxmayaraq qrafikə əsasən, beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə bildirib ki, dünəndən etibarən Bakıya yağan güclü qar Heydər Əliyev hava limanının fəaliyyətində problem yaratmayıb. Yalnız “Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün İstanbuldan saat 08:15-də uçmalı olan və Bakıdan saat 14:35 və 20:55-də yerinə yetirilməli olan Bakı-İstanbul reysləri təxirə salınıb.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti