Mirşahin Ağayev xəstəxanaya aparıldı

Mirşahin Ağayev xəstəxanaya aparıldı
  23 Yanvar 2016    Oxunub:4764
Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az -a bildirib ki, hazırda Mirşahin Ağayevin səhhəti yaxşıdır.

Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

Məlumata görə, M. Ağayevin ürəyində problemlər yaranıb və o, bununla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.


Teqlər:  





Xəbər lenti