MTRŞ qərarını ləğv etdi - `Hesabat` yayımlanacaq

MTRŞ qərarını ləğv etdi - `Hesabat` yayımlanacaq
  23 Yanvar 2016    Oxunub:4902
Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS-də yayımlanan "Hesabat" verlişinin dayandırılması haqda qərarını ləğv edib və verlişin yayımını bərpa edib.
AzVision.az xəbər verir ki, bunu yanvarın mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb:

`ANS ilə bağlı qərarın icrası dayandırdıq. "Hesabat" bərpa olundu. Kanal rəhbərliyinin səmimi etirafı nəzərə alındı və biz bu qərarı qəbul etdik`.

N.Məhərrəmli qeyd edib ki, ANS kanalı ilə bağlı şuranın indiyədək verdiyi bütün qərarlar qanuna əsaslanır: "Bütün efir məkanında qanun pozuntularının çox azaldığını deyə bilərik. Amma Azərbyacan efirində görülməli işlər çoxdur, orada olan bütün problemləri tədricən aradan qaldıracağıq".

O, əlavə edib ki, teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LİDER TV-yə 1 milyon 800 min pul köçürülüb: `Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar "Abşeron" serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib "Sevgi" qoymuşdular və məzmun sevgi haqda idi.

Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu. ANS-ə 1 milyon 760 min manat pul ayrıldı. Amma hansı seriallar çəkildi? "Xoca" 2 seriadan ibarət, "Ağabəyovlar", "Fatma". "Ağabəyovlar" serialına görə ANS-ə dəfələrlə xəbərdarlıq olunub. O serialda nalayiq ifadələr işlənirdi. Əxlaqsız ifadələr qanun pozuntusudur və bu gün əxlaqsız ifadələr ANS-dədir`.




Teqlər:  





Xəbər lenti