Azərbaycanda `donuz qripi`nə yoluxan varmı?

Azərbaycanda `donuz qripi`nə yoluxan varmı?
  21 Yanvar 2016    Oxunub:4267
“Bu günə qədər 80-dan yuxarı yaxma analizlər verilib”.
Bunu AzVision.az -a Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib. O, bildirib ki, analizlər respublikanın hər yerindən gəlir:

“Sahə poliklinikalarına, xəstəxanalarına müraciətlər olunur və həmin nümunələr bizim laboratoriyaya göndərilir. Yaxma nümunələri götürülənlər arasında əcnəbi vətəndaşlar yoxdur ”.

Qurumun direktoru onu da qeyd edib ki, yaxma nümunələri arasında heç birində “donuz qripi”( H1N1) virusuna rast gəlinməyib.

Azərbaycanla qonşu ölkələrdə "donuz qripi”nə (H1N1) yoluxanların və bu xəstəlikdən ölənlərin sayı durmadan artır. Hər gün Türkiyə, İran, Rusiyada H1N1 virusundan onlarla insan ölür. "Donuz qripi”nin aşkar olunduğu bu ölkələrə çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, xəstəliyin ölkəyə keçmə ehtimalı da böyükdür.

"Donuz qripi” ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq "donuz qripi” baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə "donuz qripi”nin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti