Ermənistanda ölü sayı 16 oldu - `Donuz qripi` sürətlə yayılır

Ermənistanda ölü sayı 16 oldu - `Donuz qripi` sürətlə yayılır
  19 Yanvar 2016    Oxunub:2409
Yanvar ayının 17-də Ermənistanda daha iki H1N1 virusundan (“donuz qripi”) ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az “Novosti Armenii”ya istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə nazirliyinin məlumatına görə, onlar yanvar ayının 9-da ağciyərin ikitərəfli sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yatırılıblar.

Hər iki pasient süni nəfəsalma aparatına qoşulub.

Bu gün üçün daha 7 nəfər ağciyər sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanadadırlar.

Həkimlər onların həyatı üçün mübarizəni davam etdirir.

Beləliklə, Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı bu gün üçün 16 nəfərdir.


Teqlər:





Xəbər lenti