22 neftçi hələ də tapılmayıb - Axtarışlar davam edir

22 neftçi hələ də tapılmayıb - Axtarışlar davam edir
  18 Yanvar 2016    Oxunub:1562
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Hazırda ərazidə 3 quyuda yanğın davam edir:

"Yanğınsöndürənlərin, eləcə də “Azneft” İstehsalat Birliyinin müvafiq strukturlarının əməkdaşlarının gərgin səyləri nəticəsində yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub. Digərləri də yaxın vaxtlarda söndürüləcək”.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb.

Hazırda 22 neftçinin axtarışları davam edir. Onlardan 19 nəfər “Günəşli” yatağında, 3 nəfər isə “Neft daşları”nda baş verən hadisə zamanı itkin düşüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti