İrəvanda `donuz qripi` qorxusu - 945 nəfər xəstəxanaya yerləşdirilib

İrəvanda `donuz qripi` qorxusu - 945 nəfər xəstəxanaya yerləşdirilib
  14 Yanvar 2016    Oxunub:1819
Ermənistanda müxtəlif viruslara yoluxmuş 945 nəfər xəstəxanalara yerləşdirilib.
AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Armen Muradyan bildirib.

Nazirin sözlərinə görə, hazırda 420 nəfər pnevmoniyadan müalicə alır: “Pnevmaniyadan müalicə olunanların 200-ü uşaq, 114-ü isə hamilə qadındır. Yeni il tətili günlərində isə Ermənistanda 20 mindən çox insan xəstəxanalara müraciət edib”.

O qeyd edib ki, xəstələrdən 92 nəfər reanimasiya şöbəsinə yerləşdirilib: “Son 11 gün ərzində Ermənistanda H1N1 virusundan ölənlərin sayı isə 11 nəfərə çatıb”.

Nazir əlavə edib ki, istirahət günlərində belə xəstəxanalar fasiləsiz işləyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti