Nazirdən `donuz qripi` ilə bağlı – Tapşırıq

Nazirdən `donuz qripi` ilə bağlı – Tapşırıq
  09 Yanvar 2016    Oxunub:1892
“İndiyədək “donuz qripi” ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb”.
AzVision.az xəbər verir ki, Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Rakif Abdullayev deyib. O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb: “Müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır”.

R. Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin “donuz qripi” ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər “donuz qripi” epidemiyasının qurbanı olub.


Teqlər:





Xəbər lenti