Parisi partadan bombalar Brüsseldə hazırlanıb

Parisi partadan bombalar Brüsseldə hazırlanıb
  08 Yanvar 2016    Oxunub:2059
2015-ci il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən partlayışlarda istifadə olunan bombaların hazırlandığı evin Belçikanın paytaxtı Brüsseldə olduğu iddia edilir.
Belçikanın Federal Prokurorluğundan edilən şərhdə Brüsselin Skaerbek küçəsindəki evə edilən basqında Parisdə törədilmiş terror aktlarının təşkilində günahlandırılan və qaçmağı bacaran Salah Adeslamın barmaq izi, bombanın hazırlanmasında istifadə edilən avadanlıqlar, bomba hazırlamaq üçün maddələr və terrorçuların istifadə etdiyi 3 jilet aşkar edilib.

Noyabrın 13-ü hadisəsinin iştirakçılarının ən az ikisinin Belçikada yaşadığı müəyyən edilmişdi. Hücumlardan sonra təşkil edilən əməlıyyatlarda 40-dan çox şübhəli saxlanılmış, onlardan 10-u həbs olunmuşdu. Qardaşı hücumlar zamanı məhv edilən Salah Adeslamın isə hadisələrdən sonra iki nəfərlə birgə Parisdən Brüsselə getdiyi məlum olmuşdu, lakin əməliyyatlar zamanı o tutulmayıb. (Azərtac)


Teqlər:





Xəbər lenti