Netflix Azərbaycanda fəaliyyət göstərəcək

  07 Yanvar 2016    Oxunub : 2857
Netflix Azərbaycanda fəaliyyət göstərəcək
Artıq, Netflix striminq video xidməti Azərbaycan, Hindistan, Vyetnam, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Sinqpur, Türkiyə və İndoneziya da daxil olmaqla daha 130 ölkədə fəaliyyət göstərəcək.

Bunu şirkətin baş direktoru Red Hastinqs Las-Veqasda keçirilən `Consumer Electronics Show` (CES) texnologiya sərgisində çıxışı zamanı deyib.

Hastinqsin bu açıqlamasından sonra şirkətin səhmləri 8% artıb.

Məlumata görə, bu ilin sentyabr ayından Netflix şirkəti Asiya qitəsi üzrə daha 60 ölkədə, ilin sonuna qədər isə regionun bütün ölkələrində yayıma başlayacaq.

Netflix şirkətinin Krım, Şimali Koreya və Suriyada fəaliyyət göstərməsi hal-hazırda mümkünsüzdür. Bu, ABŞ hökümətinin bəzi Amerika şirkətlərin qarşısında qoyduğu məhdudiyyətlərlə bağlıdır.

Dünya üzrə Netflix xidmətinin əsas dili ingilis dilidir. Proqram ərəb, koreya və asanlaşdırılmış çin dili də daxil olmaqla, daha 16 dili dəstəkləyir.

Türkan Məmmədli
AzVision.az

Teqlər: