“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
  05 Yanvar 2016    Oxunub:1476
“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançadan 2617 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1070 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti