`İbrahimbəyovun namizədliyi qanuna ziddir`

`İbrahimbəyovun namizədliyi qanuna ziddir`
  02 İyul 2013    Oxunub:936
Bu gün Milli Şura öz vahid namizədini seçdi. 86 nəfərin lehinə və bir nəfərin bitərəf olması ilə Rüstəm İbrahimbəyov vahid namizəd seçildi. Lakin Müsavat Partiyasının başqanı İsa Qəmbərin Rüstəm İbrahimbəyovun bu namizədliyini riskli addım hesab etdi və öz namizədliyini də qüvvədə saxladı.

İbrahimbəyovun Milli Şuranın vahid namizədi elan olunması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. REAL Hərəkatının Məclis sədri Erkin Qədirli şəxsi səhifəsində Rüstəm İbrahimbəyovu namizəd elan edən şəxslərə bu sualları ünvanlayıb:

“Şübhələrim xoşniyyətli olsa da, artdı. Hamısını bir-bir yazmağa indi həvəsim yoxdur. Amma üç sualı indi verirəm (əslində, Milli Şura üzvlərinin bəzilərinə bunu xeyli öncədən demişdim, Facebook-da da yazmışdım). Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il qərarından xəbərləri var idimi?

(Erkin Qədirlinin bəhs etdiyi qərarla BURADA tanış olmaq olar.)

Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2003-cü il avqustun 1-də Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının şərh edilməsinə dair qərarında bildirilir ki, Prezidentliyə namizədlərə aid tələblər sırasındakı “…başqa dövlətlər qarşısında öhdəliyi olmayan…” müddəasının hüquqi mənasının aydınlaşdırılması üçün bəzi məsələlərin hüquqi təhlilinin aparılması vacibdir.

Qərarda göstərilir ki, başqa dövlətə vergi ödəmək belə namizəd üçün əngəldir. Lakin, buna baxmayaraq, R.İbrahimbəyov başqa dövlətlərə vergi ödəyir. Milli Şuranın vahid namizədinin ABŞ-da daşınmaz əmlakı var, ona görə də əmlak vergisi ödəyirlər. Eyni zamanda Rüstəm İbrahimbəyovun sahibkarlığı da olduğu üçün, oradan da gəlir vergisi ödəyir”.

Erkin Qədirli bütün bunları sadalayaraq, Rüstəm İbrahimbəyovu vahid namizəd kiçi irəli sürənlərə bu sualları ünvanlayır: Əgər bu qərardan xəbərləri var idisə, Rüstəm İbrahimbəyovun namizədliyini qəbul edəndə, həmin qərardan doğan riskləri niyə dəyərləndirmədilər?
Dəyərləndirdilərsə, niyə Rüstəm İbrahimbəyovu namizəd elan etdilər?”

AzVision.az


Teqlər:  





Xəbər lenti