Deputat: “Əliağa Şıxlinskinin məzarı pis vəziyətdədir”

 Deputat:  “Əliağa Şıxlinskinin məzarı pis vəziyətdədir”
  02 İyul 2013    Oxunub:1184
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən millət vəkili Fazil Mustafa general Əliağa Şıxlinskinin məzarı barədə danışıb.
Deputat bildirib ki, Səməd bəy Mehmandarovun hər hansı bir şəkildə xatirəsinin yüksək tutan qəbirüstü abidə düzəldilməyib. Generalın məzarı Yasamal qəbiristanlığında pis vəziyyətdədir.

“Ölkədə 100-dən artıq general var. Allah canlarını sağ etsin. Tutaq ki, heç dövlət qayğı göstəmir, hərəsi öz varisləri olduğu respublikanın generalına sahib çıxıb, onun qəbrini düzəltsə, gələn qonaqlara bunları göstərə bilsək çox böyük iş olar. Əliağa Şıxlınski artilleriyanın Allahıdır. Onun məzarı baxımsız qalıb. Buna diqqət yetirilməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti