Qafqazın ən böyük bazarı çökür - VİDEO

Qafqazın ən böyük bazarı çökür - VİDEO
  28 Dekabr 2015    Oxunub:8027
Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsindən sonra dolların manat qarşısında bahalaşması Qafqazın ən böyük alış-veriş mərkəzlərindən olan "Binə" və "Sədərək"ə də təsir edib.
Bu təsir satışın başqa sektorlarında, yəni ərzaq və meyvə-tərəvəz bazarında olduğu kimi kəskin qiymət artımı ilə deyil, daha çox alıcılıq qabiliyyətinin aşağı düşməsində özünü göstərib.

“Cərgələr boşdur. Bir dənə də olsun alıcı yoxdur. Qiymətləri aşağı salmışıq, amma yenə də gəlib alış-veriş edən yoxdur” - deyə satıcı bildirib.

Alıcılıq qabiliyyətinin aşağı düşməsi və manatın devalvasiyası sahibkarların borcunun artmasına, gəlirlərinin isə azalmasına səbəb olub.

Əsasən Türkiyə və Çindən gətirilən mallar dollarla alınıb manatla satıldığından, satışa qoyulan mallar isə alınmadığından sahibkarlar müflis olmaq həddinə çatıb.

Sahibkarlar zərərin miqyası artmasın deyə mağazaları təhvil vermək məcburiyyətində qalıblar. Mağazaların ard-arda bağlanması bazar rəhbərliyini icarə haqları ilə bağlı bir sıra güzəştlər etməyə məcbur edib.

Sahibkarlarla söhbətimizdə onlar vəziyyətdən çıxış yolu kimi icarə haqları ilə bağlı daha çox güzəştlər gözlədiklərini bildirdilər.

ANS TV bununla bağlı bazar rəhbərliyinin mövqeyini öyrənmək istəsə də onlar müraciətə cavab verməyib.




Teqlər:  





Xəbər lenti