“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib
  10 Dekabr 2015    Oxunub:1222
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, kompleks qazma işləri tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib və 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti