“Günəşli” hələ də yanır, axtarışlar nəticə verməyib
Qurum rəsmisi qeyd edib ki, hazırda FHN-in helikopterləri və SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər itən neftçilərin axtarışlarını davam etdirir.
"Neft daşları və “Günəşli” yatağında aparılan axtarışlar indiyədək nəticə verməyib. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə aid gəmilər də axtarışlar aparır. Yanğın hazırda davam edir. Ciddi dəyişiklik baş verməyib".
B.Ağarəhimov vurğulayıb ki, yanğının söndürülməsi ilə məşğul olan 5 gəmidən biri ərazidən uzaqlaşacaq: "Yanacaq doldurmaq üçün gəmilərdən biri oradan uzaqlaşacaq və onu FHN-ə məxsus "Vixr" gəmisi onu əvəz edəcək".
Baş mühəndis vurğulayıb ki, sabah xarici mütəxəssislərlə görüş keçiriləcək və müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq.
B.Ağarəhimov həmçinin qeyd edib ki, FHN-nin dalğıclarının axtarışı davam etdirməsi barədə məlumatlar düzgün deyil: "Dalğıclar hazırda axtarışı davam etdirmirlər, çünki hava şəraiti buna imkan vermir".
Anar Kəlbiyev