İtən neftçilərlə bağlı son vəziyyət - Axtarışlar nəticə verməyib

İtən neftçilərlə bağlı son vəziyyət - Axtarışlar nəticə verməyib
  09 Dekabr 2015    Oxunub:2826
"Günəşli" yatağında baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 20:00-a olan məlumata görə nəticə əldə olunmayıb.
AzVision.az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq: “Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm”.


Teqlər:





Xəbər lenti