Komitə dini saytlara xəbərdarlıq etdi
Cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şaiyələrin yayılması ölkəmizdə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, son günlərdə Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Eyni zamanda, ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcək. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur.
AzVision.az