Azərbaycanda `donuz qripi` təhlükəsi varmı? - Açıqlama

Azərbaycanda `donuz qripi` təhlükəsi varmı? - Açıqlama
  08 Dekabr 2015    Oxunub:1956
“Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”.

Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

`İranda donuz qripinin yayılmasının ölkəmizə təsiri ola bilərmi?` sualına nazirlik rəsmisi cavabında bildirib ki, qonşu ölkədə yayılan virusun Azərbaycanda yayılma qorxusu yoxdur: “Bu istiqamətdə mütəmadi olaraq tədbirlər görülür. Azərbaycan vətəndaşı üçün hazırkı vəziyyətdə heç bir təhlükə yoxdur. Qeyd edim ki, bu barədə nazirliyə müraciət daxil olmayıb. Nazirlik tərəfindən epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır”-deyə S.Əhmədova deyib.

Qeyd edək ki, İranda 33 nəfər H1N1(donuz qripi) virusundan dünyasını dəyişib. Ölənlər arasında 4 nəfər hamilə qadındır. Səhiyyə Nazirliyi yaxın günlərdə virusun ölkə üzrə geniş yayılacağını açıqlayıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti