“Günəşli” qurbanları üçün abidə qoyulsun - TƏKLİF

“Günəşli” qurbanları üçün abidə qoyulsun - TƏKLİF
  07 Dekabr 2015    Oxunub:2270
Milli Məclisin deputatı Zahid Oruc “Günəşli” qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə ucaldılmasını təkilf edib.
AzVision.az-ın məlumatına görə, millət vəkili bu barədə sosial şəbəkədəki səhifəsində fikirlərini bölüşüb.

O, Xəzər dənizinə qərənfillər atmaqdansa, faciə qurbanlarının ruhuna bir abidənin ucaldılmasının daha məqsədə uyğun hesab etdiyini vurğulayıb: “Hər halda qərənfilləri dənizə axıdanları görüb içərisində onsuz da o sulara qatdığımız yüz cür qatqıdan sonra bizim əməyi və rəşadəti ilə öyünmək istədiyimiz adamlara borcumuzu qaytarmalıyıq. Dəniz qurbanları ilə təkcə nisgil yerimiz deyil.

“Günəşli”ni quran yaradıcı əlləri,”Neft daşları”nı və onlarla estakadanı tikib dənizin ürəyində özünə yer edənləri qəlbimizdə yaşatmaq üçün bir simvolun kölgəsinə yığılmaya ehtiyacımız var.

Bizim başımızı uca edən neftçilərin qarşısında ildə bir dəfə başımızı endirməliyik!”

Qeyd edək ki, yataqda baş verən hadisə zamanı 32 neftçi xilas olunub, bir nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti