Bakının işıq problemi həll edilir - Açıqlama

Bakının işıq problemi həll edilir - Açıqlama
  04 Dekabr 2015    Oxunub:1869
Dünən gecə Bakı və ətraf qəsəbələrdə elektrik enerjisinin verilişində yaranan problem əksər yerlərdə aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi güclü külək və yağış olub.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum hava şəraiti ilə əlaqədar hazırda gücləndirilmiş iş rejimində çalışır və yarana biləcək problemləri dərhal aradan qaldırmaq üçün “Azərişıq” ASC-də operativ qrup yaradılıb: “Güclü külək elektrik xətlərinə ziyan vurmuşdu. Ağaclar xətlərin üzərinə aşıb və elektrik enerjisinin verilişi dayanmışdı. Operativ qrup tərəfindən xətlər dərhal bərpa edilib. Hazırda elektrik enerjisi ilə bağlı problem olan ərazilərdə təmir işləri davam etidirilir".

O qeyd edib ki, “Azərişıq” ASC hətta Azərbaycanın dağlıq rayonlarında belə elektrik enerjisinin verilişində yarana biləcək problemlərin qarşısını almağa qadirdir: “Bunun üçün “Azərişıq” ASC dağlıq ərazilərə getmək üçün avtomobil mexanizmlər alıb. Dağlıq ərazilərdə hava şəraiti kəskin pis olduğu zaman belə həmin avtomobillərlə əraziyə tez çatıb problemi aradan qaldıracağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti