Nardaranda ölən şəxsin `oğru dünyası` - FOTOLAR

Nardaranda ölən şəxsin `oğru dünyası` - FOTOLAR
  01 Dekabr 2015    Oxunub:122043
Xəbər verdiyimiz kimi, noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı polis əməkdaşlarına qarşı müqavimət göstərən 4 nəfər zərərsizləşdirilib.

Ölən ekstremistlərdən birinin morqda çəkilən fotosu sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxsin bədənində müxtəlif formada tatular mövcuddur.

Özünü müsəlman, İslam aşiqi hesab edən dindarın bədənində kriminal aləmə xas döymələrin olması diqqət çəkir. Bildiyimiz kimi, İslam dini tatunu qəti şəkildə rədd edir. O zaman, bu insan kimdir, nəyə və kimə xidmət edir?

Bu tatuların “Oğru dünyası”nda mənası həmin şəxsin necə təhlükəli olduğunu ortaya qoyur. Çünki tatular onun sahibinin keçmişindən xəbər verən yeganə “dosye”dir.

Məsələn ölən şəxsin sinəsində Şir və Canavar başı həkk edilib. Bütün hallarda türmədə bu tatuların mənası təxminən eynidir. Hər ikisi də hökumətə və polisə qarşı nifrət deməkdir. Belə ki, bu tatuların sahibi “Zon”da hökumətə, dövlətə, polisə qarşı çıxıb, onlara qarşı qəddarlığı ilə seçilən şəxsdir.



Tatunun sahibinin öz əqidəsindən döndərən heç bir varlıq və səbəb ola bilməz. Bundan başqa sinədə vurulan tatuların digər mənası qəddarlıq və qəzəbdır. Bu tatunu müəyyən şəxslərin göstərişi əsasında qisas alan şəxslər vurur. Daha çox sinədə və kürəkdə rast gəlinir.



Faşistlərin emblemi isə hər kəsin düşündüyü kimi milliyyətçilik və ya nasizmlik deyil. Bu tatunun sahibləri anarxist şəxs hesab edilir. Yəni heç kim və heç nə vecinə deyil. Daha çox ayaq və əl nayihəsinə vurulur.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti