`Nardaran sakinləri ilə razılığa gəlmişik` – Deputat

`Nardaran sakinləri ilə razılığa gəlmişik` – Deputat
  30 Noyabr 2015    Oxunub:4745
“Ötən gün Nardaran ağsaqqalları ilə keçirilən görüşdə səslənən təklifləri hökumətə çatdırmışıq”
Bunu AzVision.az-a açıqlamasında Nardaranın deputatı Eldar Quliyev deyib.

“Görüşdə mənimlə yanaşı Sabunçu rayonunun icra başçısı Adil Vəliyev də iştirak edirdi. Biz Nardaran sakinləri ilə görüşdük. Onların təkliflərini dinlədik. Danışıqlar zamanı razılığa gəldik. Onlar Meydanı boşaltmağa söz verdilər”.

Deputatın sözlərinə görə, Nardaranda ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyini gözlənilir.

Nardaran qəsəbəsində işıq probleminin həllinə gəlincə, E.Quliyev bildirib ki, qəsəbəyə elektrik enerjisinin verilməsi üçün müəyyən qədər ödəniş edilməlidir.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti