Dəmir yolları qışa hazırdır?

Dəmir yolları qışa hazırdır?
  24 Noyabr 2015    Oxunub:1859
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planını təsdiq edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyindən verilən xəbərə görə, yük daşımaları, infrastruktur, sərnişin daşımaları, dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamentləri, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatları üzrə görüləcək işlər müəyyən edilib. Tədbirlər planına uyğun olaraq, departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtukləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır.

Dübəndi, Yalama, Keşlə, Bakı-yük, Yevlax, Böyük Kəsik, Gəncə, Ucar, Hacıqabul və Biləcəri stansiyalarında qarla operativ mübarizə planının hazırlanması üçün üç növbəli briqadaların yaradılması istiqamətində işlər davam etdirilir.

Lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında qartəmizləyən texnikanın təmiri prosesi davam etdirilir. Bakı-Böyük Kəsik sahəsində optik rabitə sistemindəki avadanlıqları mütəmadi olaraq yoxlanılır, dartı yarımstansiyalarında texniki avadanlıqlar təftiş edilərək sınaq işinin başa çatdırılması, Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, sərnişin vaqonlarının istilik sisteminin qaydaya salınması həyat keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti