Bakıda ev partlayıb, yaralı var

Bakıda ev partlayıb, yaralı var
  20 Noyabr 2015    Oxunub:1605
Bakıda mənzildə partlayış baş verib.
AzVision.az- ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 19-da saat 17 radələrində Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb, orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Teqlər:  





Xəbər lenti