Asif Ata Ocağında toy belə olur – FOTOLAR

Asif Ata Ocağında toy belə olur – FOTOLAR
  20 Fevral 2013    Oxunub:8852
Ocaq Günsırası ilə 12 Köçəri Ayı, 34-cü ildə (fevral, 2013) Asif Atanın Mütləqə İnam Ocağı Beşikbaşı (toy) Mərasimi həyata keçirib. Nurtəkin Atalının və İlqar bəyin evlənmələrini gerçəkləşdirən “Beşikbaşı Mərasimi” əvvəldən-axıra qədər Ocağın nizamı əsasında baş tutub.
Qeyd edək ki, bu çağa qədər Mütləqə İnam Ocağı ayrı-ayrı vaxtlarda Ocaq kuralı əsasında 30-a qədər evlilik hadisəsini həyata keçirib. Ancaq onlardan yalnız ikisi tam olaraq Ocağın “Beşikbaşı Mərasimi” kuralı əsasında gerçəkləşib. Qalanlar isə Mütləqə İnam Ocağının ünvanında az sayda adamların qatqısıyla uğurlandıqdan sonra restoranlarda ənənəvi biçimdə davam etdirilib.
Asif Atanın irəli sürdüyü Beşikbaşı “Mərasimi” evlilikdə milli-insani ruhun bərpası deməkdir. Ona görə Mütləqə İnam Ocağı xalqda bu qaydanın oturuşması üçün özlərindən, yaxınlarından başlayırlar. Nurtəkin Atalının evlilik prosesi də məhz əvvəldən axıra qədər Ocağın “Beşikbaşı” Kuralını əks etdirdi.
Ancaq çatışmazlıqlar da yox deyildi. Ocağın Yükümlüsü Soylu Atalının bildirdiyinə görə, “burada bizim istəklərimizin təxminən 60 faizi həyata keçirildi. Bunun da bir neçə nədəni var: əvvəla ünvan arzuladığımız ünvan deyildi. Qohumların, dostların, ictimai mühitin nümayəndələrinin yerləşməsi üçün Ocağın elə böyük ünvanı yoxdur. İkincisi, qarşı tərəfi (yəni bəyin qohumlarını) hər şeyə razı salmaq o qədər də asan olmadı. Onların da öz arzuları var. Bununla belə, Ocağın dediyini qəbul etdilər. Adamların süfrə istəkləri, rəqs istəkləri bu və ya başqa biçimdə xırda güzəştlərlə təmin olunmalıydı. Eləcə də şadlıq evinin öz kuralları var. Baxmayaraq ki, biz onları bir çox məqamlardan kənarda saxladıq. Mütləqə İnam Ocağı olaraq hesab edirik ki, evlilik hadisəsi ən çox 40-50 adamın qatqısı ilə olmalıdır. Ancaq Beşikbaşı kuralı hələ xalqda oturuşmadığı üçün görüb-götürmək məqsədi ilə gələnlərin sayını çox məhdudlaşdırmadıq”.

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Mərasimi Asif Atanın “Müqəddəs Mərasim” hökmünü oxumaqla açdı:

ASİF ATA
RUHANİ HÖKMLƏR

14-(cü Müqəddəs Kitabdan)

MÜQƏDDƏS MƏRASİM

Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.
I. Evlənənlər Atanın Xeyir-duasını alır, Ata qarşısında Ailə sədaqətinə and içirlər.
II. Gəlinin Ər evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı Maddiyyatla ölçmək qəbahəti lənətlənməlidir.
III. «Qız Sahibinə» Maddi Bəxşiş verilməsi – gəlinin əşyalaşması, əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir.
IV. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir.
Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir, onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.
V. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və Bağbanı – Evlənənlərdir.

Beşikbaşında evlənənlər haqqında, eləcə də, bu böyük milli hadisənin önəmi haqqında müqəddəs söz söylənildikdən sonra Evliliyi təsdiq edən Ruhani Sənəd təqdim olundu, evlənənlər Ata Ruhu qarşısında sədaqət andı içdilər.
Birinci kutsal Bitiq’in – “Mütləqə İnam”ın Ocaq-türk abesində yazılmış variantı uğurlama sözü ilə evlənənlərə bağışlanıldı. Bu kitabdan ailənin əbədi xeyir-dua götürməsi diləkləndi. Soylu Atalı üzünü xalqımıza tutaraq Mütləqə İnamın milli-bəşəri önəmini vurğulayaraq onun xalq tərəfindən qəbul olunmasının zəruriliyini izhar elədi.
Söz arası muğam üçlüyünün ifasına yer verildi.
Qeyd: Mərasimdə cehiz vermə, hədiyyə olmadı. Pul yığılmadı. “Küçə mərasimi” olmadı, maşın karvanları, siqnallar, nümayişlər ləğv edildidi.

Qalereya




Teqlər:  





Xəbər lenti