İnsan alverinə görə 26 nəfər tutuldu

İnsan alverinə görə 26 nəfər tutuldu
  10 Noyabr 2015    Oxunub:1646
2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov deyib. Onun sözlərinə görə, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “Görülən işlər nəticəsində 11 insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması faktı da qeydə alınıb”.

İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib: `Bütövlükdə 58 insan insan alverinin qurbanı müəyyən olunub. Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb`.

Onun sözlərinə görə, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycan 10 ildən artıqdır ki, insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirir.


Teqlər:





Xəbər lenti