Gəncəyə gələn təyyarə eniş edə bilmədi

Gəncəyə gələn təyyarə eniş edə bilmədi
  08 Noyabr 2015    Oxunub:2464
Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.

Hadisə yerindən Trend-ə verilən məlumata görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

***

AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, sərnişinlər Bakıdan Gəncəyə avtobusla yola salınıb. Axşam saatlarında isə hava limanı Moskva-Gəncə reysini həyata keçirən təyyarəni qəbul edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti