Din pərdəsi altında təxribat törədənlər - Video

Din pərdəsi altında təxribat törədənlər - Video
  08 Noyabr 2015    Oxunub:2781
Son günlər Azərbaycanda bir qrup radikal dini yönlü şəxslərin həbsi ölkə gündəmində və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biridir.

Mövzu Hacı Tale Bağırovun müavini Elçin Qasımovun həbs edilməsi, daha sonra isə buna etiraz edən şəxslərin Sabunçu rayon Polis İdarəsinin qarşısındakı həbslər ilə davam etdi.

Baş verənlərlə bağlı rəsmi qurumlar tərəfindən açıqlanan xəbərdə E. Qasımovun ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanıldığı bildirilirdi. Sonradan həbs olunanlar da İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək on gündən bir ayadək müddətə inzibati həbs edildilər. (xəzər tv)




Teqlər:  





Xəbər lenti