İlham Əliyev kralı təbrik etdi

İlham Əliyev kralı təbrik etdi
  07 Noyabr 2015    Oxunub:1513
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamonini təbrik edib.

Təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti