Cənnətdəki qadının cinsiyyət orqanı yoxdur?

Cənnətdəki qadının cinsiyyət orqanı yoxdur?
  06 Noyabr 2015    Oxunub:9363
Dini mövzular ətrafındakı fikir mübadilələri, çıxışlar tez-tez qalmaqallara səbəb olur. Kimi səsləndirdiyi fikirləri dini kitablara əsaslandırır, dindən anlayışı olmayanlar isə dediklərinin “Qurani -Kərim”də yazıldığını iddia edərək özlərinə haqq qazandırmağa çalışır.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ““Quran”da cənnətdə vəd olunan qadının cinsiyyət orqanı yoxdur”-deyə səsləndirdiyi fikir yeni qalmaqala səbəb olub.

S. Cəlaloğlunun sözlərinə görə, Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq. Bu, bizim dünyamızda ülvi məhəbbətin kişilərdə yaratdığı zövqdən milyard dəfə böyük olacaq. Özü də şəhvət olmadan.

İlahiyyatçı Hacı Təyyar Hüseynli Sərdar Cəlaloğlunun qalmaqal yaradan fikirlərinə münasibət bildirib.

AzVision.az-a açıqlamasında dindar bildirib ki, partiya sədrlərinin bu fikirləri tamamilə əsassızdır.

“Dünyanın İslam alimləri, aparıcı din mütəxəssisləri o cümlədən mən bu fikilərlə razı ola bilmərik. “Qurani-Kərim”də hurilər dediyimiz cənnət xanımları əks cinsin nümayəndələridir. Yəni sırf qadın cinsinə aid olan personajlardır. Kişi cinsinə aid olan pak personajlar isə qılman adlandırılır. “Qurani-Kərim”in surəsində kişi cinsinin bir qədər nəfsinin çəkdiyi məqamlar var ki, bu da müqəddəs kitabda göstərilib: “Bu dünyada kimsənin namusuna, qeyrətinə, sənin haqqın olmayan digərlərinin yarına öz yarın kimi xəyanət gözləri ilə baxmadıqda biz sənə daha yaxşı mükafat verəcəyik”. Yəni Qurani-Kərimdə bakirəlik belə göstərlib”.

İlahiyyatçı Sərdar Cəlaloğluna siyasətlə məşğul olmağı, dini mövzulara münasibət bildirməməyi tövsiyyə edib:
“Azərbaycanda din siyasətdən ayrı olduğuna görə, din xadimlərinin akademik səviyyədə təhsilləri olsa da siyasi baxışlarını irəli sürmədikləri kimi siyasətçilər də dini fikirlər səsləndirməməlidirlər. Cənnət və cəhənnəmdə, axirətdə baş verənlər “Qurani-Kərim”də dolğun qeyd edilib. Burada kişiyə kişi, qadına qadın nəzərdə tutulub. Bundan başqa İslama ləkə yaxmaq üçün daha iyrənc məqamlar üzə çıxa bilər. Məsələn, homoseksuallıq məqamları yaradıla bilər. Bu da Quranın müqəddəsliyinə xələl gətirər. Müqəddəs kitabda bakirə xanımlardan ona görə danışılıb ki, kişilərə daha yaxşı, saf, bakirə xanımlar o dünyada da veriləcək. Bu o demək deyil ki, bu dünyada qadınlardan əl çək. Sənə qadağan olunmuşlardan əl çək, sənə orada daha yaxşısı verilə bilər. Yəni pis əməllərdən uzaq olmaq göstərilir”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti