“Birdəfəlik hər kəsə aydın olmalıdır...”- MSK sədri

“Birdəfəlik hər kəsə aydın olmalıdır...”- MSK sədri
  05 Noyabr 2015    Oxunub:1816
İclasda noyabr 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
AzVision.az xəbər verir ki, şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov və Baxşeyiş Əsgərov məlumat veriblər.

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məhəmməd Bayramov, 68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Davud Qurbanov seçki dairələrində səsvermə günü qanun pozuntularının olması ilə bağlı MSK-ya şikayət ediblər. MSK şikayətləri baxılması üçün DSK-ya göndərib.

48 saylı Yexlax seçki dairəsindən namizədliyi Müsavat Partyası tərəfindən irəli sürülən Yusif Əliyev MSK-ya müraciətində bildirib ki, səsvermə günündən 2 gün əvvəl namizədliyini geri götürüb, amma bununla bağlı seçki dairəsi hərəkətsizlik edib.

O, adının seçki bülletinin pozulmadığına görə DSK-nın fəaliyyətini mübahisələndirib.
MSK şikayəti təmin etməyib.

MSK-da Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınan 18 nəfərin şikayətin də baxılıb. Onlar şikayətlərində oktyabrın 29-dan deputatlığa namizədliklərinin qeydiyyatından imtina etdiklərini bildiriblər və adlarının seçki bülletenindən çıxarılmamasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndiriliblər.

MSK şikayəti əsassız sayıb. Bildirilib ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilən parlament seçkilərində səsvermə zamanı partiya namizədləri seçki dairəsindəki lider namizədlərdən az səs toplayıblar. Buradan görünür ki, seçicilərin iradəsinə təzyiq kimi iddialar əsassızdır.

MSK sədri Məzahir Pənahov bildirib ki, namizədliyin geri götürülməsi səsvermə gününə 10 gün qalmış mümkün ola bilər. MSK sədri qeyd edib ki, Müsavat Partiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınanlar isə bu müddət keçdikdən sonra MSK-ya müraciət ediblər:

“Hüquqi baxımdan həmin şəxslərin deputatlığa namizədliklərinin ləğv edilməsi mümkünsüzdür. Bu məsələ birdəfəlik hər kəsə aydın olmalıdır. Bütün bunlar seçki Məcəlləsi ilə tənzimlənir”.

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müsavat Məclisini üzvü Mustafa Hacıbəyli qərara etiraz edib. O bildirib ki, namizədliyinin geri götürülməsinin təmin edilməməsi qanunsuzluqdur:

“Bizim ərizələrimizi dairə seçki komissiyaları götürməkdən imtina edib”.

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürən Vidadi İsgəndərli seçki dairələrində səsvermənin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK şikayəti rədd edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti