Qorxmaz Əlili köçkünləri təhqir etdi - FOTOFAKT

Qorxmaz Əlili köçkünləri təhqir etdi - FOTOFAKT
  31 Oktyabr 2015    Oxunub:8245
Tanınmış şoumen, aktyor Qorxmaz Əlili məcburi köçkünləri təhqir edib.
AzVision.az xəbər verir ki, şoumen şəxsi Facebook səhifəsində Mirşahin Ağayevin təqdimatında efirə verilən "İstiqlal Şirməmməd Hüseynovla" layihəsindən müəyyən fraqment paylaşaraq qaçqınların ünvanına xoşa gəlməz sözlər yazıb: "Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökümət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. 20 faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər"-deyə Qorxmaz Əlili qeyd edib.

Onun bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb.



Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti