Bakıda böyük göl yaradılacaq

Bakıda böyük göl yaradılacaq
  29 Oktyabr 2015    Oxunub:2613
“Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaq”.
Bunu Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar salınacaq. “Yəni, o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik”, - deyə o vurğulayıb.

Prezident İ. Əliyev Zığ gölünün də yaxın zamanlarda təmizlənəcəyini bildirib: “O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda, dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib”.


Teqlər:  





Xəbər lenti