Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək
  26 Oktyabr 2015    Oxunub:1395
"Seçkilər" Media Mərkəzi - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
AzVision.az Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir.

İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur.


Teqlər:  





Xəbər lenti