Səhiyyə Nazirliyindən qan açıqlaması

Səhiyyə Nazirliyindən qan açıqlaması
  24 Oktyabr 2015    Oxunub:3073
Bu gün Aşura günü ilə əlaqədar məscidlərdə qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın AzVision.az-a verdiyi məlumata görə, respublikanın 17 məntəqəsində qanvermə aksiyası baş tutub.

L.Bayramovanın sözlərinə görə, saat 15:00-a olan məlumata görə, Mir Mövsüm Ağa məscidində 400, Təzəpir məscidində 424, Bibi-Heybət məscidində 240, İçərişəhər Cümə məscidində 137, Qaraçuxur məscidində 304, Hacı Soltanəli məscidində 223, Keşlə qəsəbə məscidində 361, Hacı Əjdərbəy məscidində 250 nəfər qan verib.

Bundan başqa Sumqayıt şəhər Cümə məscidində 237, Mingəçevir şəhəri Heydər məscidində 218, Şəki şəhər məscidində 62 , Gəncə şəhər İmamzadə məscidində 300, Bakı şəhər Cümə məscidində 193, Lənkəran şəhər Böyükbazar məscidində 325, Bərdə şəhər Cümə məscidində 193 nəfər qan verib.

L.Bayramova onu da bildirib ki, Mərkəzi Qan Bankının Şirvan bölməsində 92, Quba bölməsində 32, Mərkəzi Qan Bankında isə 344 nəfər qan verib.

Ümumilikdə 4142 nəfər qan verib ki, nəticədə 1 863,9 litr qan ehtiyyatı yaranıb.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti