Ərə getdiyi oğlanın gəlinlik almağa pulu olmayıb... – VİDEO

Ərə getdiyi oğlanın gəlinlik almağa pulu olmayıb... – VİDEO
  21 Oktyabr 2015    Oxunub:6338
...1941-ci ildə onlara verilən məlumata görə, ataları cərimə batalyonunda cəbhəyə göndərilir. Az sonra on altı yaşı qardaşı da cəbhəyə yollanır. Elə o il, yəni 1941-ci il oktyabrın 21-də Sona Soltanovanın anası uzun sürən xəstəlikdən sonra Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişir. Gəncədəki evlərini qohumları satır, atasından qalan qızıllar uşaq ikən yetim qalan qıza verilmir. O tək qalır...

Anasını dəfn etmək üçün cənazəni belə ailəsinə vermirlər. Onu Sumqayıt yaxınlığında yerləşən bir ərazidə kimsəsiz kimi dəfn edirlər. O zaman infeksion xəstəliklərdən ölənlərin hamısının aqibəti belə olurdu. Onları ailə yox, dövlət dəfn edirdi kimsəsizlər məzarlığında. O zaman yaşı az olduğundan Sona xala anasının harada dəfn edildiyini bilmir...

Bu qadın heç zaman gəlinlik paltarı geyməyib. Çünki, ailə qurduğu oğlanın o paltarı almağa pulu olmayıb. Amma yaxşı gəlinlik paltarları tikməyi öyrənib...

Bu taleyi yaşayan Sona Soltanova APA TV-nin “Ötən əsrin adamları” layihəsinin qonağı olub.




Teqlər:





Xəbər lenti