MTN-in 10 əməkdaşı həbs olundu

MTN-in 10 əməkdaşı həbs olundu
  20 Oktyabr 2015    Oxunub:4857
Bu gün Səbayel Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onlar barəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs-qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar MTN-in əməkdaşı Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

Hökumətdəki mənbələrdən isə APA-ya məlum olub ki, faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.


Teqlər:  





Xəbər lenti