`Onların iflası qaçılmazdır` - Razi Nurullayev

`Onların iflası qaçılmazdır` - Razi Nurullayev
  14 Oktyabr 2015    Oxunub:2104
Bu gün AXCP Etimad Qurultayı Təşkilat Komitəsi oktyabrın 18-d keçiriləcək qurultayla bağlı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

AzVision.az Cebhe.info-ya istinadən xəbər verir ki, mətbuat konfransında AXCP EQTK-nın sədri Razi Nurullayev, Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvləri, KİV təmsilçiləri iştirak edib. Razi Nurulayev 18 oktyabrda keçiriləcək qurultay barədə fikirlərini bölüşüb:

“Çox önəmli tarixi hadisə ilə qarşı-qarşıyayıq. Azərbaycan Müstəqillik Aktının qəbul olundugu gün AXCP Etimad Qurultayı keçiriləcək. Bu qurultay Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi daxil olacaq. Biz buna inanırıq. Əminəm ki, ictimai rəydə yaratdığımız dəyişikliklərlə siz də bunun şahidi olacaqsınız. Bu müddət ərzində biz çox acılı vəziyyətlə üz-üzə qaldıq. Burda mətbuat nümayəndələri ilə son dəfə 19 avqustda görüşmüşdük. Bu komanda ilə AXCP EQTK-nı elan etmişdik. O gündən mətbuatla görüşümüz olmayıb, bu, ikinci görüşdür. Bu müddət ərzində barəmizdə haqsız olaraq, əxlaqdan kənar ittihamlar səsləndirilib”.

Razi Nurullayev bu ittihamlardan bir neçəsi ilə bağlı fikirlərini çatdırıb: “Bu günə qədər Əli Kərimli Ruslan Nəsirlinin bizim yanımıza yerləşdirilməsini siyasi qəhrəmanlıq hesab edib. Mən isə bunu əxlaqsılzlıq, mədəniyyətsizlik, mənəviyaytsızlıq kimi görürəm. Azərbaycanın gələcəyinin mənəviyyatını korlamaq insanlığa qarşı cinayətdir, bəşəri cinayətdir. Necə ola bilər ki, insanlara agent olmağı, “işverənlik” etməyi rəva biləsən? Bu, hansı siyasətçiyə yaraşar? Azərbaycan siyasətində belə insanlar var. Onlar Əli Kərimlinin rəhbərlik etdiyi qrupun keçridiyi qurultayda Ruslan Nəsirlini tribunaya çağırıb əl çaldırdılar. Mən heç zaman Gültəkin Hacıbəyli barədə sərt danışmaq istəməmişəm. Amma onun etdikləri siyasətə yaraşmayan hərəkətlərdir. Bu hakimiyyətə birbaşa xidmət edən adam Gültəkin Hacıbəyli olub.

O, bütün dünyanı gəzəndən, özünə normal həyat qurandan sonra yenidən deputat seçilməyəndə Əli Kərimlinin yanında dayanan şəxsdir. Və bu şəxs uzun illərini hərəkata həsr edənləri ayaqlayaraq başda oturur. Mən bunu cəbhəçilərə təhqir kimi qiymətləndirirəm. Azərbaycan gəncinin əxlaqını pozmaq, Azərbaycan gəncinə siyasi çirkinlikləri, xəyanəti öyrətmək Azərbaycan xalqına qarşı xəyanətdir. Bunun başqa adı yoxdur. Bunlar şeytan ocaqlarıdır”.

AXCP EQTK sədri onlar barəsində əxlaqsız ifadələrə yol verən, ailə üzvlərini təhqir edən Eldəniz Quliyev haqqında da danışıb: “Bu adamın bizim ünvanımıza səsləndirdiyi ifadələri mən tək olanda belə dilimə gətirə bimirəm. Eldəniz Quliyev, Əli Kərimlinin şöbə sədrləri də ən əxlasqız ana-bacı söyüşləri işlədirlər. Bu insanlar özülərinə ziyalı deyir, insanları mənəvi terrora məruz qoyurlar. Uduzmaq onları özündən çıxarıb. Biz özümüzü yeni qüvvə hesab edirik. Real müxalifətçilik söyüş söymək deyil. Normal siyasətçi nəticə ortaya qoymalıdır. Bu gün Azərbaycanda normal, əxlaqlı, Türkiyə modelli siyasətin, Avropa kübarlığının əsasını qoymuşuq və bu, günbəgün güclənəcək. Sonda demək istəyirəm, Eldəniz Quliyev, mən sənə cavab verməyəcəyəm, səni Allahın ümidinə buraxıram. Sənə çox böyük ayıb olsun! Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli insanları və hətta vicdan məhbusu olan Rahib Hacıyevi ən ağır ittihamlarla təhqir edib. Ona da ayıb olsun! “Azərbaycan saatı” ilə bağlı demək istəyirəm. Onun malliyyələşməsində bizim də hər birimizin rolu olub. Gücümüz çatandan kömək etmişik.

Bu gün o, Azərbaycan xalqına, demokratiyaya yox, Əli Kərimliyə xidmət edir. O, 1 saatını ancaq bizim şəxsiyyətimizin alçaldılmasına xidmət edir. Budurmu demokratiya? Qənimət Zahid şantaj və reket yolu ilə maliyyələşmə alır, əgər demokratiyaya xidmət edirsə, orda Sərdar Cəlaloğlunun, Arif Hacılının, Lalə Şövkətin, İsa Qəmbərin də olmalıdır. Amma orda olmaq üçün bizi tənqid etməli, Əli Kərimliyə tərif deməlidirlər. Buna görə də onların iflası qaçılmazdır. Biz bütün faktları toplamışıq. Qurultay uğurla başa çatandan onların cəmiyyətdən təcrid edilməsinə hüquqi yolla nail olmağa çalışacağıq. Bir neçə nəfər cəmiyyətdən təcrid ediləcək, çünki bu, Azərbaycan insanının mənəviyyatını pozur. Heç bir zaman Əli Kərimlinin şəxsiyyətini təhqir etməyəcəyəm, bəlkə ən yaxşı insan, ən yaxşı dostdur, amma ən yaxşı siyasətçi deyil”.


Teqlər:  





Xəbər lenti