YAP-çı deputat namizədliyini geri götürdü - Eksklüziv

YAP-çı deputat namizədliyini geri götürdü - Eksklüziv
  02 Oktyabr 2015    Oxunub:10654
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisdə 41 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edən millət vəkili Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.

Bu barədə AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.

L.Abdullayevanın namizədliyini hansı səbəbdən geri götürməsi isə məlum deyil.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.



Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti