Tibb işçiləri peşə bayramını qeyd edib

  Tibb işçiləri peşə bayramını qeyd edib
  17 İyun 2013    Oxunub:1232
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.
Azvision.az xəbər verir ki, bu gün münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tanınmış tibb işçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn həkimlər Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Teqlər:  





Xəbər lenti