AŞPA Azərbaycanı müzakirə etməyəcək

AŞPA Azərbaycanı müzakirə etməyəcək
  17 İyun 2013    Oxunub:1351
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb.
İyunun 24-dən 28-dək keçiriləcək sessiyanın ilk günündə AŞPA sədri ötən dövr ərzində görülən işlər barədə məlumat verəcək, büro və daimi komitənin hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri müzakirə olunacaq, Nazirlər Komitəsinin sədri hesabat məruzəsi ilə çıxış edəcək.

Sessiyanın ikinci iş günündə Avropa Məhkəməsinə İslandiyadan, Litvadan və Slovakiya Respublikasından hakimlərin seçkisi keçiriləcək, Macarıstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi vəziyyəti müzakirə olunacaq.

Sessiya zamanı korrupsiyaya qarşı mübarizə, insan sağlamlığının qorunmasında bərabərlik və gündəlikdəki digər məsələlər müzakirəyə çıxarılacaq, fundamental insan hüquq və azadlıqlarının qorunmasına dair Konvensiyanın 16-cı protokolunun layihəsinə baxılacaq.

Sessiya çərçivəsində Avropa Parlamentinin sədri çıxış edəcək və deputatların suallarını cavablandıracaq.


Teqlər:





Xəbər lenti