Heydər Əliyev haqqında sənədli film çəkilib

Heydər Əliyev haqqında sənədli film çəkilib
  15 İyun 2013    Oxunub:2042
Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli Televiziyası tərəfindən çəkilən "Heydər Əliyev-liderlik dərsi" sənədli filmi ictimaiyyətə təqdim olunub.
AzVision.az xəbər verir ki, filmin yaradıcı heyəti - Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və ARDNŞ-in Ukrayna nümayəndəliyi, UAGB, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə gül çələngi qoymaqla onun xatirəsini yad ediblər.

Sonra Ukraynanın tanınmış ictimai siyasi xadimlərinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və UAGB nümayəndələrinin iştirakı ilə Kiyevdəki Azərbaycan Gənclər Mərkəzində "Heydər Əliyev-liderlik dərsi" sənədli filminə baxış keçirilib.

Filmin rejissoru Georgi Spasokukotski, prodüsseri isə Anar Tahirovdur. Filmdə Ukraynanın birinci prezidenti Leonid Kravçuk, ikinci prezidenti Leonid Kuçma, Ukraynanın Baş naziri Nikolay Azarov, Baş nazirin müavini Konstantin Qrişenko, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və dost ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimləri Heydər Əliyevi XX və XI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakterizə ediblər. Onun siyasi ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Sonda "Heydər Əliyev-liderlik dərsi" sənədli filmi Ukrayna Milli Televiziyası vasitəsi ilə Ukrayna ictimaiyyətinə təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti