Cənubi Qafqaz qaz kəməri genişləndiriləcək

  15 İyun 2013    Oxunub : 488
Cənubi Qafqaz qaz kəməri genişləndiriləcək
Bu ayın sonunadək Avropaya qaz ixracatı marşrutunun seçilməsi üzrə yekun qərar qəbul ediləcək. Trans Anadolu qaz kəmərinin (TANAP) tikintisinə isə gələn il başlanılacaq.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, cari ilin sonunadək "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsilə bağlı bütün məsələlər öz həllini tapacaq, həmçinin Azərbaycan qazının Avropaya ixracatının təminatı çərçivəsində Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi planlaşdırılır:
"Öz növbəsində qaz kəməri layihəsinin seçilməsindən sonra "Şahdəniz" layihəsinin tərəfdaşları onun səhmdarları olacaqlar və faktiki olaraq onun tikintisində iştirak edəcəklər".

AzVision.az

Teqlər: