Bakıda qadının 150 minlik oğurluğu

Bakıda qadının 150 minlik oğurluğu
  22 Sentyabr 2015    Oxunub:1947
Bakıda evdən küllli miqdarda pul oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, paytaxtın İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Ələkbərovanın evindən 50 min manat nağd pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Təhlükəsiz Şəhər” Xidməti, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti