Zakir Həsənov düşməni hədələdi: `On qat zərbə vurulacaq`

Zakir Həsənov düşməni hədələdi: `On qat zərbə vurulacaq`
  12 Sentyabr 2015    Oxunub:2766
Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun iriçaplı silahlardan istifadə etməsi məsələsinə aydınlıq gətirib.
Zakir Həsənov bildirib ki, ermənilərə dəfələrlə xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə yenə də atəş açıblar: “Xatırlayırsınızsa, onlar bu yaxında toy mərasimini də atəşə tutdular. Həmin toy mərasimindən öncə ermənilərə xəbərdarlıq etmişdim ki, onlar əgər mülki əhaliyə atəş açsalar, cavablarını alacaqlar. Üstündən bir həftə keçdi, onlar atəş açdılar. Təbii ki, mən belə demişəm və göstəriş belə gedib orduya. On qat, on dəfə güclü, on dəfə iriçaplı silahdan onlara cavab veriləcək. Azərbaycan onların atəşinə bütün imkanlarından istifadə edib cavab verir. Əgər onlar öz çirkin niyyətlərindən əl çəkməsələr, daha sarsıdıcı zərbə onların mövqelərinə vurulacaq”.

Mirşahin Ağayevin Zakir Həsənovla müsahibəsinə həftənin bazar günü ANS TV-də “Xəbərçi”nin saat 21:00 buraxılışında baxa bilərsiniz.




Teqlər:





Xəbər lenti