21 yaşlı ana və qızı yoxa çıxıb - FOTO

21 yaşlı ana və qızı yoxa çıxıb - FOTO
  10 Sentyabr 2015    Oxunub:3269
Salyan sakini həyat yoldaşını və qızını axtarır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov 27.08.2015-ci il tarixdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, 02.06.1994-cü il təvəllüdlü Xanpəri Hüseynovanın azyaşlı qızı - 13.02.2015-ci ildə anadan olmuş Nuray Əsədovanı özü ilə götürüərək cari il avqustun 23-də saat 15:00-16:00 radələrində evdən xəbərsiz çıxaraq getdiklərini, bir daha geri qayıtmadıqlarını bildirib. Evdən çıxan zaman Xanpəri şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb.

X.Hüseynovanın xarakterik əlamətləri aşağıdakılardır: boyu təqribən 175 santimetr, orta bədən quruluşludur. Qara uzun saçlı, yumru sifətli, qara qalın qaşlı, gözlərinin rəngi qəhvəyidir, çənəsində qara xalı var. Əynində qara rəngli yubka və qara yay köynəyi, ayağında isə sabo olub.

X.Hüseynovanı və qızı Nurayı görənlərdən və ya itkin düşmüş bu şəxslər haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (050) 974-65-02, (050) 341-49-64 nömrəli mobil və (021) 255-51-83 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti