DİN narkotik əməliyyatı keçirdi
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş tədbirlərlə Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox tiryək və 6 kiloqram həşiş qatranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Teqlər: